Kosmosda nəhəng “beyin” yaradılır: “SpaceX”ə bir milyon peyk üçün icazə verildi

ABŞ Federal Rabitə Komissiyası (FCC) “SpaceX” şirkətinə kosmosda “Starmind” ("Ulduz zəkası") adlı data mərkəzləri şəbəkəsi yaratmaq üçün orbitə bir milyon peyk göndərməyə icazə verib.

Bu barədə qurumun mətbuat xidməti rəsmi saytında məlumat yayıb.

FCC-nin bəyanatına görə, layihə çərçivəsində Yer kürəsində istifadə olunacaq böyük həcmli məlumatların emalı üçün orbitə bir milyon hesablama modulunun yerləşdirilməsi nəzərdə tutulur.

Komissiya bu qərarı ABŞ-ın superintellekt sahəsində inkişafı baxımından tarixi dönüş nöqtəsi kimi qiymətləndirib.