Yevlaxda yük maşını "Vita" ilə toqquşub. Teleqraf-a istinadən, hadisə bu gün axşam saatlarında Bakı-Qazax avtomagistralının rayonun Duzdağ qəsəbəsi yaxınlığından keçən hissəsində baş verib.TIR kiçik tutumlu sərnişin avtobusu ilə toqquşub. İlkin məlumata görə, hadisə zamanı bir nəfər ölüb, bir nəfər yaralanıb.Faktla bağlı araşdırma başlanıb.