Fransa prezidentliyinə namizəd və cüdoçu Teddi Riner ölkə hərbçilərinin Ukraynaya göndərilməsinə qarşı olduğunu bildirib.
Bu barədə “Politico” nəşri məlumat yayıb.
Riner açıqlamasında Ukraynadakı müharibənin Fransanın müharibəsi olmadığını deyərək ölkə qoşunlarının ora göndərilməsinin səbəbini anlamadığını bildirib.
“Fransanın niyə Ukraynaya qoşun göndərdiyini başa düşmürəm, çünki bu, bizim müharibəmiz deyil. Sabah prezident olsam, insanları bir araya gətirən, gülümsəyən və bu müharibəyə son qoymaq üçün əl sıxan biri olmaq istərdim”, – o qeyd edib.
Xatırladaq ki, noyabrın 16-da “RFI” radiostansiyası öz mənbələrinə istinadən Fransa hərbçilərinin bir neçə aydır Ukraynada gizli şəkildə fəaliyyət göstərdiyini, burada əsgərlərə təlim keçdiyini və hərbi texnikaya texniki xidmət göstərdiyini bildirib.
Noyabrın 17-də Fransa Silahlı Qüvvələr Nazirliyinin yanında nazir-delegat Alis Ryüfo ölkə hərbçilərinin Ukraynada olduğunu təsdiqləyib.
Fransanın xarici işlər naziri Jan-Noel Barro isə Fransa hərbi personalının Kiyevdəki ölkə səfirliyinin ərazisində yerləşdirildiyini açıqlayıb.