ABŞ-nin Boston şəhərində lotereyada 1 milyon dollar qazanan salvadorlu miqrant saxlanılıb.
"Fox News"a istinadən, Ariel Antonio Velaskes-Morales ötən həftə Massaçusets ştatının lotereyasında uduş qazanıb. Onu ABŞ İmmiqrasiya və Gömrük Xidmətinin əməkdaşları saxlayıblar.
Məlumata görə, Velaskes-Morales 2013-cü ildə Texas ştatının Roma şəhəri yaxınlığında ABŞ sərhədini qanunsuz keçib. Onun barəsində deportasiya qərarı 2014-cü ilin aprelindən qüvvədədir.