Ölkənin bu ərazilərində sabah QAZ olmayacaq

Noyabrın 26-da Ağdaş rayonunda qazın verilişində fasilə olacaq.

Bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Ağdaş rayonu Ləki qəsəbəsi, Yuxarı Ləki, Orta Ləki, Aşağı Ləki, Hapıtlı, Dovutlu, Binələr, Güvəkənd, Kotanarx, Cardam, Nehrəxəlil, Pirəyir, Cücük, Yenicə, Əmirarx kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.