Yevlaxda yük maşını ilə mikroavtobus toqquşdu: Ölən və yaralanan var

Yevlax rayonunda yük maşını "Vita" mikroavtobusu ilə toqquşub.

Hadisə Bakı-Qazax avtomagistralının rayonun Duzdağ qəsəbəsi yaxınlığından keçən hissəsində qeydə alınıb.

Belə ki, yük avtomobili kiçiktutumlu sərnişin avtobusu ilə toqquşub. İlkin məlumata görə, hadisə zamanı bir nəfər ölüb, bir nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.