La Liqada istefa

İspaniya La Liqasında istefa hadisəsi baş verib.

“Atletiko”nun baş direktoru Migel Anxel Xil La Liqanın Direktorlar Şurasından və qurumun vitse-prezidenti vəzifəsindən istefa verib.

Tanınmış insayder Ben Ceykobsun sosial şəbəkə hesabında yayılan məlumata görə, ötən həftə La Liqanın prezidenti Xavyer Tebas klublara Avropa Klublar İttifaqını maliyyələşdirdiyini və təşviq etdiyini, bunun üçün təxminən 1 milyon avrodan çox vəsait xərcləndiyini açıqlayıb. İspaniya klublarının bu məlumatdan ciddi şəkildə narazı qaldığı və bir çoxunun qurumdakı hüquqi mövqelərini yenidən nəzərdən keçirdiyi qeyd olunur.

Bununla belə, La Liqanın Xilin gedişini onun artıq “Atletiko”nun əsas (majoritar) səhmdarı olmaması ilə izah edəcəyi gözlənilir.