"Sabah"ın U-19 komandası bu gün "Barselona" ilə qarşılaşacaq

"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununa çıxacaq.

Adino Mustedanaqiçin rəhbərlik etdiyi kollektiv V tur çərçivəsində İspaniyanın "Barselona" klubunun U-19 komandası ilə üz-üzə gələcək.

Qarşılaşma bu gün, noyabrın 25-də "Bank Respublika Arena"da keçiriləcək. Görüş saat 15:00-da başlayacaq.

"Sabah"ın U-19 komandası turnirdə keçirdiyi əvvəlki dörd oyunun hamısında məğlub olub və xalsız 36-cı pillədə qərarlaşıb. "Barselona" isə 5 xalla 22-ci yerdədir.