İstanbul Hava Limanında İrandan gələn sərnişinlərin daşıdığı çamadanlarda tekstil məhsullarına hopdurulmuş halda ümumilikdə 20,12 kiloqram metamfetamin aşkar edilib.
"Haber Global"a istinadən, aşkarlanan narkotik vasitənin bazar dəyərinin 80 milyon 480 min lirə (təxminən 2,67 milyon manat) olduğu müəyyənləşdirilib.
Hadisə ilə bağlı iki İran vətəndaşı barəsində hüquqi prosedurların icrasına başlanılıb.