Hörmüz boğazında daha iki tanker partladı

Hörmüz boğazında iki neft tankeri minaya düşərək partlayıb və yanıb.

Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında qeyd edilib.

“Qayda pozan iki tanker Hörmüz boğazının cənub və şərq sahilləri yaxınlığında dəniz minalarına düşüb. Onların maşın şöbələrində yanğın başlayıb”, – deyə bildirilib.