Gəncədə sərnişin avtobusu 76 yaşlı qadını vurub

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan 6 saylı xətt üzrə işləyən sərnişin avtobusu yolu qarşı tərəfə keçmək istəyən 1950-ci il təvəllüdlü S.İmanovanı vurub.

Piyada xəstəxanaya yerləşdirilib,onun vəziyyətinin orta ağır olduğu bildirilir.