Dövlət ümumi təhsil müəssisələrində vakant direktor vəzifələrinə işə qəbul üçün elektron sənəd qəbulu noyabrın 27-də saat 15:00-da başlayacaq.
Namizədlər dekabrın 4-ü saat 17:00-dək miq.edu.az/direktor portalı üzərindən qeydiyyatdan keçə bilərlər.
Mərkəzləşdirilmiş qaydada keçiriləcək müsabiqə seçim və müsahibə mərhələlərindən ibarətdir. Seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla keçənlər müəyyən edilmiş ardıcıllıqla müsahibəyə dəvət olunacaqlar.
Müsahibədə namizədlərin liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları qiymətləndiriləcək.
Müsabiqənin nəticələri barədə məlumat namizədlərə “Şəxsi səhifə” vasitəsilə təqdim olunacaq.