"Nankorluğumun amansız şaxtası ayaqlarındakı qanayan yaraları üşüdübsə..." - Lope de Veqa

Bu gün tanınmış ispan şair və dramaturq Lope de Veqanın doğum günüdür.

Kulis.az onun məşhur "Sabah" şeirini təqdim edir.

Ey Rəbbim, mən kiməm ki, Sən tükənməz bir qayğı ilə

Məni arayıb-axtardın, darvazamın önündə

Soyuq şehlə islanmış halda gözlədin,

Və qışın tutqun gecələrini orada keçirdin?

Qəribə qəflətdəyəm ki, mən Sənin mübarək gəlişini

Qarşılamadım...

Ah, cənnət üçün necə də itirilmiş olaram,

Əgər mənim nankorluğumun amansız şaxtası

Sənin ayaqlarındakı qanayan yaraları üşüdübsə...

Qoruyucu mələyim nə qədər tez-tez nəvazişlə səsləndi:

"Ey ruh, pəncərəndən bax və görəcəksən ki,

O, sənin üçün qapını döyür, səni israrla gözləyir!"

Və ah, o kədərli səsə mən nə qədər tez-tez:

“Sabah açarıq,” – deyə cavab verdim,

Və sabah gələndə yenə də “sabah” - deyə cavab verdim.

Henri Uodsvort Lonqfellonun ingiliscə tərcüməsindən sətri tərcümə etdi: Aydan Ağayeva