Ukrayna ordusu Rusiyada neft emalı zavoduna zərbə endirdi - Video

Rusiyanın Samara vilayətinin Sızran şəhərində pilotsuz uçuş aparatlarının hücumundan sonra Kuybışev Neft Emalı Zavodunda yanğın baş verib.

Hücum nəticəsində zavodun ərazisində yanğın başlayıb. Bu müəssisədə sentyabr ayında bərpa işləri aparılıb.

Hücumun nəticələri və zavoda dəymiş ziyanın miqyası barədə məlumat verilməyib.