ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İranda rejim dəyişikliyinə güc yolu ilə nail olmağı qarşısına məqsəd qoymayıb.
Amerika lideri bu barədə “New York Post” qəzetinə müsahibəsində bildirib.
“Mən sadəcə onların nüvə silahına sahib olmasını istəmirəm. Mən heç vaxt rejim dəyişikliyinin lehinə və ya əleyhinə olmamışam. Bu, mənim üçün meyar deyil”, – Tramp deyib.
İsrailin İranda rejim dəyişikliyinə nail olmaq istəyinə münasibət bildirən Ağ Ev rəhbəri bunun mümkün ola biləcəyini etiraf edib, lakin özünün belə məqsəd güdmədiyini vurğulayıb.