"Sabah" klubu bu axşam UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyununa çıxacaq.
Təmsilçimiz V turda İspaniyanın "Barselona" komandası ilə qarşılaşacaq.
Bakı Olimpiya Stadionunda keçiriləcək görüşün baş hakimi FİFA referisi Nikolas Uolş olacaq. Qarşılaşmaya saat 21:45-də start veriləcək.
Qeyd edək ki, “Sabah” ilk turda səfərdə İngiltərənin “Mançester Yunayted” komandasına 0:4 hesabı ilə uduzub. II turda Çexiyanın “Slaviya” (Praqa) komandasını 2:0 hesabı ilə məğlub edib. III turda isə Almaniyanın “Borussiya” (Dortmund) komandasına 1:2, IV turda Norveçin “Vikinq” klubuna 1:4 hesabı ilə yenilib.
Turnir cədvəlində “Barselona” 8-ci, “Sabah” isə 30-cu pillədə qərarlaşıb.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
V tur
25 noyabr
21:45. "Sabah" - "Barselona".
Qeyd edək ki, "Sabah" klubu dörd turdan sonra 3 xalla 31-ci pillədə qərarlaşıb.