ABŞ-də keçmiş Pentaqon əməkdaşı insanlar arasında yaşayan yadplanetlilərin mövcudluğu və onların Yer kürəsi ilə bağlı planları barədə iddialar səsləndirib.
Bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.
Məlumata görə, təxminən 30 il ABŞ Müdafiə Nazirliyində yeni silahların hazırlanması sahəsində çalışmış Qari Moşir daha sonra UNO (naməlum uçan obyektlər) üzrə tədqiqatçı kimi fəaliyyət göstərməyə başlayıb. O, müşahidə edilən naməlum uçan obyektlərin yadplanetlilərə məxsus olduğuna əmindir.
Moşir ABŞ hərbçiləri tərəfindən qeydə alınan naməlum uçan obyektlərin yadplanetlilərin texnoloji üstünlüyünü nümayiş etdirdiyini iddia edib.
“Onlar döyüşçülərimizə meydan oxuyur, onları izləyir və döyüşə cəlb edirlər. Əsasən, inanılmaz texnoloji üstünlüklərini nümayiş etdirirlər. Bizi ələ salırlar”, – deyə o bildirib.
Keçmiş Pentaqon əməkdaşı yadplanetlilərin Yer kürəsindəki insanlara münasibəti və gələcək planları ilə bağlı da iddialar səsləndirib.