ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi kampaniyanın yanvarın sonunadək maliyyələşdirildiyini bildirib.
Tramp əməliyyata qarşı çıxan demokratların onun gedişinə mane ola biləcəyini deyib.
Trampın sözlərinə görə, ABŞ-nin məqsədi İranın nüvə silahına sahib olmasının qarşısını almaqdır. O bildirib ki, İsraildən fərqli olaraq, ABŞ İranda hakimiyyəti güc yolu ilə dəyişdirməyi hədəfləmir.
“Sadəcə, onların nüvə silahına sahib olmasını istəmirəm. Rejim dəyişikliyinin nə tərəfdarı, nə də əleyhdarı olmuşam”, – deyə Tramp əlavə edib.