Şimali Koreya İsveçrənin diplomatik nümayəndəliyini bağlayır

KXDR hakimiyyəti Bernin Şimali Koreyanın uşaq düşərgəsinə sanksiyalar tətbiq etməsinə cavab olaraq İsveçrənin Pxenyandakı diplomatik nümayəndəliyini bağlamaq və rəhbərini ölkədən çıxarmaq qərarına gəlib.

"Report"un xəbərinə görə, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi KXDR-in Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

Beləliklə, Pxenyan İsveçrə hakimiyyətinin sanksiya qərarına diplomatik cavab tədbirləri görüb.