Qubada içərisində ailə üzvlərinin olduğu BMW hasara çırpıldı

Quba şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS Oxu.az-a istinadən əbər verir ki, BMW markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində yoldan çıxaraq parkın ərazisindəki hasara çırpılıb.

Qəza zamanı sürücü və avtomobildə olan ailə üzvləri xəsarət almayıblar. Avtomobilə isə ciddi ziyan dəyib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər.

Faktla bağlı araşdırma aparılır.

Qalereya