Ukrayna yanacaq-enerji komplekslərinə zərbələri dayandırmır, cavab qaçılmazdır.
Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Biz görürük ki, Kiyev rejimi ABŞ prezidentinin bu hücumlardan çəkinməsi barədə çağırışına və birbaşa xahişinə baxmayaraq, neft emalı obyektlərimizə hücum etməyə davam edir.
Bu baxımdan qeyd edirəm: bizim tərəfimizdən cavab tədbirləri qaçılmazdır. Bunu hər kəs bilməlidir", - deyə dövlət başçısı xəbərdarlıq edib.