Macarıstan Ukraynaya ayrılması nəzərdə tutulan 45 milyard avroluq Avropa İttifaqı kreditində iştirakdan imtina edir.
Bunu Macarıstanın Baş naziri Peter Maqyar Vladimir Zelenski ilə Bereqovo şəhərində keçirilən görüşdən sonra mətbuat konfransında bildirib.
Maqyar qeyd edib ki, Macarıstan Ukraynaya müxtəlif humanitar yardımlar və əhəmiyyətli maliyyə dəstəyi göstərir, bu yardımın davam etdirilməsi də mümkündür:
“Bununla belə, Macarıstanın hazırkı büdcə vəziyyətini və büdcə kəsirinin azaldılması zərurətini nəzərə alaraq, ölkə Aİ-nin yeddiillik büdcəsinin Ukraynanın maliyyələşdirilməsi ilə birbaşa əlaqələndirilməsinə razı ola bilməz”.
“Hazırda ağır vəziyyətdə olan büdcəni miras aldığımızı və 2027-ci ilin yazına qədər büdcə kəsirini 8,3 faizdən 4,9 faizə endirmək zərurətini nəzərə alsaq, Avropa İttifaqının yeddiillik büdcəsinin Ukraynanın maliyyələşdirilməsi ilə birbaşa əlaqələndirilməsinə razılıq verə bilmərik”, – deyə baş nazir vurğulayıb.
Magyar Ukraynanın, xüsusilə iqtisadi vəziyyətinin ağır olduğu bir şəraitdə dövlətin əsas sistemlərinin fəaliyyətini təmin etmək üçün ciddi maliyyə vəsaitinə ehtiyac duyduğunu da başa düşdüklərini bildirib.