Şirvan sakininin əlində patronun partlaması nəticəsində sol əlindən ağır xəsarətlər alıb.
APA-ya istinadən, hadisə Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakini, 1998-ci il təvəllüdlü Abdullazadə Həmdül Tahir oğlunun, özünün bildirdiyinə görə, onun əlində ov tüfənginin patronu partlayıb.
Nəticədə o, sol əlin çoxsaylı ağır travmaları ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirlib.
Onun əlində ixtisaslı cərrahiyə əməliyyatının aparılması üçün paytaxt xəstəxanalarından birinə təxliyə olunması gözlənilir.
Faktla bağlı araşdırma aparılır.