“Qalatasaray” Çempionlar Liqasında “Aston Villa”ya qalib gəlib

UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyunlarına start verilib.

Türkiyənin “Qalatasaray” klubu İngiltərənin “Aston Villa” komandası ilə qarşılaşıb. İstanbulda keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda yeganə qolu 77-ci dəqiqədə Dəniz Gül vurub.

Günün digər qarşılaşmasında Norveçin “Budyo-Qlimt” klubu Avstriyanın LASK komandasını 1:0 hesabı ilə məğlub edib.