Türkiyəli məşhurlar saxlanıldılar

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik vasitələrlə bağlı istintaq çərçivəsində aktyorlar Özcan Dəniz və Dəniz Çakır da daxil olmaqla 35 nəfər saxlanılıb.

Bu barədə Ölkə.az "Haber Global"a istinadən xəbər verir.

Qeyd edilir ki, İstanbul Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlərlə Mübarizə üzrə İstintaq İdarəsi "fahişəlik", "narkotik ticarəti", "narkotik təminatı", "narkotiklərin istifadəsi və ya saxlanması" kimi cinayətlərlə bağlı geniş istintaqa başlayıb.