Əməkdar artist çayla əsərlər yaradırmış

Əməkdar artist, opera müğənnisi Ramil Qasımovun qeyri-adi bacarığı olduğu üzə çıxıb.

Sənətçi “Xəzər axşamı” verilişində quru çaydan istifadə edərək əsərlər yaratdığını bildirib. Onun Azərbaycanın dahi şəxsiyyətlərinin portretlərini əks etdirən əsərləri proqramda nümayiş olunub. Sənətçi utandığı üçün bu barədə indiyədək danışmadığını bildirib:

“Bu, mənim üçün çətin bir şey deyil. Mənim bu cür 60 əsərim var. Abstrakt işlərim də var. Müasir Bakı və Neft Daşlarını təsvir etmişəm. Bir əsəri ərsəyə gətirmək mənim əhvalımdan asılıdır. Nəsiminin rəsmini bir gecəyə çəkmişəm”.