Klubu ilə yenidən anlaşmağa yaxındı

Martin Edeqorun hazırkı klubunda daha uzun müddət oynamaq imkanı var.

Onun “Arsenal” ilə yeni müqavilə imzalaması gözlənilir. İnsayder Canluka Di Martsionun məlumatına görə, London klubunun rəhbərliyi 27 yaşlı yarımmüdafiəçi ilə danışıqlar aparır.

Martinin hazırkı müqaviləsinin müddəti 2027/28 mövsümünün sonuna qədərdi. Lakin rəhbərlik bu müddətin sona çatmasına bir il qalana qədər gözləmək istəmir. Hər iki tərəfin yeni müqavilədə maraqlı olduğu bildirilir.

Edeqor bu mövsüm “Arsenal”ın heyətində bütün turnirlərdə 18 oyuna çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.