Balakəndə 66 yaşlı kişi bıçaq xəsarəti alıb.
Hadisə noyabrın 24-də axşam saatlarında rayonun Mahamalar kəndində qeydə alınıb.
Belə ki, 1960-cı il təvəllüdlü Sədrəddin Malahov sinəsindən bıçaq xəsarəti alıb.
Ona xəsarət yetirməkdə qardaşı, 1957-ci il təvəllüdlü Məhəmməd Malahov şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.