Türkiyənin Eskişehir şəhərində təlim məqsədilə havaya qalxan Hərbi Hava Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində 5 hərbçi şəhid olub.

Bu barədə yerli mətbuat məlumat yayıb.

Hazırda qəzanın başvermə səbəbi barədə araşdırma aparılır. Həlak olan hərbçilərin şəxsiyyəti dəqiqləşdirilir.

Türkiyənin Eskişehir şəhərində təlim məqsədilə havaya qalxan Hərbi Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.

Bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, AS-532 tipli helikopter təlim uçuşu zamanı qəzaya uğrayıb.

Məlumata görə, helikopterin qalıqları aşkarlanıb. Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

Qəzanın səbəbi və mümkün itkilər barədə hələlik əlavə məlumat verilmir.