Zelenski: “Donbasdan geri çəkilmək müharibəni uduzmaq deməkdir”

Ukrayna Prezidenti Volodimir Zelenski Donbasdan könüllü şəkildə geri çəkilməyin müharibədə məğlubiyyət anlamına gələcəyini bildirib.

Zelenski bu barədə axşam müraciətində danışıb.

“Mən hesab edirəm ki, Donbasdan geri çəkilmək bu müharibəni uduzmaq deməkdir. Burada döyüşlər nəticəsində geri çəkilməyi deyil, öz iradəmizlə torpaqlarımızı tərk etməyimizi nəzərdə tuturam”, – deyə Ukrayna Prezidenti vurğulayıb.