Türkiyənin keçmiş ailə və sosial siyasət naziri, Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Fatma Betül Sayan Kaya ev dustaqlığına buraxılıb.
Bu barədə yerli KİV məlumat yayıb.
Noyabrın 6-da fondlarla bağlı istintaq çərçivəsində saxlanılan Kaya Silivri həbsxanasından ev dustaqlığı şərti ilə azadlığa buraxılıb.
Qeyd edək ki, sabiq nazir cinayətkar təşkilata üzv olmaq” və “Kapital bazarı haqqında” qanunu pozmaqda şübhəli bilinir. İstintaq "Özata Denizcilik" şirkətinin səhmləri üzrə əməliyyatlar və fondların ləğvi prosesi ilə əlaqəli investisiya hərəkətləri ətrafında aparılır. İddialara görə, Kaya sözügedən şirkətin səhmlərinə 160 milyon lirə yatırıb və beş ay ərzində təxminən 2,2 milyard lirə qazanc əldə edib.