Bəzi insanlar rahat yatmaq və tez yuxuya getmək üçün yatmazdan əvvəl bir qədəh şərab və ya pivə içirlər. Lakin elmi araşdırmalar göstərir ki, alkoqol ilkin mərhələdə yuxululuq yaratsa da, sonradan yuxunun keyfiyyətini pisləşdirir.
Alkoqol yuxunun REM mərhələsini poza, gecə tez-tez oyanmağa, xoruldama və yuxu apnesinin ağırlaşmasına səbəb ola bilər. Nəticədə insan səhər yorğun və halsız oyanır. Bundan əlavə, mütəmadi olaraq yatmaq üçün spirtli içki qəbul etmək alkoqoldan asılılıq riskini artırır.
Mütəxəssislər xüsusilə alkoqolun yuxu dərmanları və sakitləşdirici preparatlarla birlikdə qəbul edilməsinin təhlükəli olduğunu bildirirlər. Sağlam yuxu üçün spirtli içkidən uzaq durmaq, sabit yuxu rejimi yaratmaq və axşam saatlarında kofein qəbul etməmək tövsiyə olunur.