Dekabrın 25-dək Rusiya və Ukrayna... - Tramp

ABŞ-ın birinci xanımı Melaniya Tramp Ukrayna böhranının həlli ilə bağlı yeni razılaşmalar üzərində iş aparıldığını bildirib.

O, bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Tramp Rusiya ilə Ukrayna arasında dekabrın 25-dək yeni atəşkəs razılaşmasının əldə olunacağına ümid etdiyini də bildirib.

O, həmçinin Xerson vilayətinin Oleşki şəhərində həyata keçirilən humanitar əməliyyatı uğurlu adlandırıb.