Nigeriyada 37 terrorçu məhv edildi

Nigeriya Hərbi Hava Qüvvələrinin zərbələri nəticəsində 37 terrorçu zərərsizləşdirilib.

Bu barədə “Premium Tayms” qəzeti məlumat yayıb.

Əməliyyat zamanı ölkənin şimal-şərqindəki Borno əyalətində ekstremist düşərgələri və partlayıcı qurğuların olduğu anbarlar da məhv edilib.

Qeyd edək ki, “Boko Haram” ekstremist qrupu Nigeriyanın şimal-şərqində əsas terror təhdidi hesab olunur.