ABŞ İrana qarşı sanksiyaları genişləndirdi

ABŞ İrana qarşı sanksiyalar çərçivəsində səkkiz fiziki şəxs və 22 şirkəti məhdudiyyətlər siyahısına daxil edib.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında məlumat yerləşdirilib.

Bildirilib ki, sanksiyaya məruz qalan şəxslərin hamısı İran vətəndaşlarıdır. Şirkətlər isə İran, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Honkonqda qeydiyyatdan keçib.

Məhdudiyyətlər həmin şəxslərin ABŞ-dakı aktivlərinin dondurulmasını, eləcə də Amerika vətəndaşları və şirkətlərinin onlarla işgüzar əlaqələrinin qadağan edilməsini nəzərdə tutur.