Qubada ölümlə nəticələnən qəzanın təfərrüatları

Quba-Xaçmaz yolunun Qubanın Barlı kəndindən keçən hissəsində baş verən qəzada ölən piyadanın kimliyi məlum olub.

Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, V.Mirzəyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyada Orucova Rəna Eynulla qızını vurub.

Xəsarət alan qadın Xaçmaz rayon mərkəzi xəstəxanasında həyatını itirib.

Hadisəni törətməkdə şübhəli bilinən sürücü isə polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.