Ermənistan-Avropa İttifaqı gündəliyi müzakirə edildi

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Litvanın xarici işlər naziri Kestutis Budris ilə görüşüb.

Bu barədə Alen Simonyan sosial şəbəkə hesabında məlumat verib.

O bildirib ki, Vilnüsdə keçirilən görüşdə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi, viza liberallaşdırılması və Ermənistan-Avropa İttifaqı gündəliyi müzakirə olunub.

Alen Simonyan görüşü məhsuldar adlandırıb.