Antonio Tayani: "İtaliyanın özəl şirkətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdır"

İtaliyanın özəl şirkətləri Azərbaycanla əməkdaşlıqda maraqlıdır.

Bunu İtaliyanın xarici işlər naziri Antonio Tayani Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu gün Bakıda keçirilmiş biznes-forum təkcə İtaliyanın dövlət şirkətlərinin deyil, həm də özəl sektorun Azərbaycanla əməkdaşlığa yüksək marağını təsdiqləyib.

"Mənim fikrimcə, forum əhəmiyyətli nəticələr verəcək", - italiyalı nazir vurğulayıb.

Tayaninin sözlərinə görə, həm İtaliya, həm də Azərbaycan güclü iqtisadiyyata malikdir.