Benzinin qiyməti sabitləşib - Putin

“Oktyabr ayında ən yüksək həddə çatan benzinin qiymətləri Rusiyanın əksər regionlarında sabitləşib”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Yanacaq-energetika Kompleksi üzrə Komissiyanın iclasında bildirib.

“Oktyabrın əvvəlindəki pik qiymətlərdən sonra ölkənin əksər regionlarında benzinin qiyməti ümumilikdə sabitləşib”, – Putin qeyd edib.