İsveç parlamenti noyabrın 30-da Ulf Kristerssonun ölkənin Baş naziri vəzifəsində qalması ilə bağlı səsvermə keçirəcək.
Bunu parlamentin spikeri Andreas Norlen siyasi partiyaların liderləri ilə təkrar görüşlərdən sonra keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, qərar Mərkəz Partiyasının sağçılarla danışıqları bərpa etdiyini elan etməsindən sonra qəbul olunub. Eyni zamanda Sosial-Demokrat Partiyasının lideri Maqdalena Andersson hazırda sağ-mərkəzçi hökumət formalaşdırmaq imkanının olmadığını etiraf edib.
"Bizə parlamentin dəstəkləməyə hazır olduğu baş nazir lazımdır və mən məhz diqqətimi buna yönəltmişəm", - Norlen deyib.
O həmçinin bildirib ki, Mülayim Koalisiya Partiyasının lideri Kristersson səsvermədən keçmək şanslarını çətin, lakin mümkün kimi qiymətləndirib.
Norlen Kristerssonun hökumətin formalaşdırılması imkanlarının araşdırılması ilə bağlı tapşırığının başa çatdığını qeyd edib.
Parlamentin spikeri növbədənkənar seçkilərin keçirilməsi riski barədə bir daha xəbərdarlıq edib. Onun sözlərinə görə, əgər fəaliyyətdə olan baş nazir noyabrın 30-da parlamentin razılığını almasa, daha bir səsvermə keçiriləcək, bundan sonra isə növbədənkənar seçkilər təyin edilə bilər.