Türkiyənin Əskişəhər şəhərində AS-532 tipli hərbi helikopter qəzaya uğrayıb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.
"Əskişəhərdən təlim məqsədilə havaya qalxan Hərbi Hava Qüvvələrimizə məxsus AS-532 tipli helikopter qəzaya uğrayıb. Helikopterin qalıqlarının olduğu yer müəyyən edilib, axtarış-xilasetmə əməliyyatları davam edir", - deyə açıqlamada bildirilir.
Qeyd edək ki, noyabrın 12-də Malatyada hərbi helikopterin qəzaya uğraması nəticəsində 4 hərbçi şəhid olmuşdu.
***
Helikopterin qəzaya uğraması nəticəsində beş hərbçi şəhid olub.