Qazax və Qubada çayda batdığı ehtimal olunan iki nəfər axtarılır

Qazaxda Kür çayında və Qubada Qudyalçayda batdığı ehtimal olunan iki nəfərin axtarışları davam edir.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.

Noyabrın 22-də 1963-cü il təvəllüdlü Yaqub Məmmədovun Kür çayının Qazax rayonunun Birinci Şıxlı kəndindən keçən hissəsində, 1997-ci il təvəllüdlü Xəyal Muradovun isə Qudyalçayın Quba rayonundan keçən hissəsində batdığı ehtimal olunur.

Axtarışları FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri aparır. Nazirlik əlavə məlumat veriləcəyini bildirib.