Le Pen Ukrayna münaqişəsinin başa çatması üçün 3 ssenari açıqladı

Fransa prezidentliyinə namizəd Marin Le Pen Ukrayna münaqişəsinin başa çatması ilə bağlı üç mümkün ssenari irəli sürüb.

Bu barədə yerli KİV məlumat yayıb.

Le Pen bildirib ki, münaqişə NATO-nun müdaxiləsi ilə Üçüncü Dünya müharibəsinə çevrilə, illərlə davam edə və ya tərəflərin mümkün nəticələri dərk edərək mövqelərini dəyişməsi ilə başa çata bilər.

O, bütün tərəflərlə danışıqlar aparmağı planlaşdırdığını qeyd edib. Lakin bunun üçün ilk növbədə Fransa prezidenti seçilməli olduğunu vurğulayıb. O, prezident seçiləcəyi təqdirdə Kiyevə maliyyə dəstəyi göstərməyəcəyini də açıqlayıb.