Qaraciyərizin sağlam olmasını istəyirsinizsə, bunları yeyin

Qidalanma üzrə mütəxəssis Yelena Jelyanina qaraciyərin fəaliyyətini dəstəkləməyə kömək edən qidaların adlarını açıqlayıb.

Mütəxəssis çuğundur və yarpaqlı göyərtilərin qaraciyər sağlamlığı üçün faydalı olduğunu bildirib.

Onun sözlərinə görə, yumurta, paxlalı bitkilər və yağsız ət də gündəlik qidalanmada yer almalıdır. Bu məhsulların tərkibində fermentlərin sintezi üçün vacib olan zülal və amin turşuları mövcuddur.

Jelyanina brokoli, gül kələmi və Brüssel kələminin də faydalarına diqqət çəkib. Bu tərəvəzlər fermentlərin fəaliyyətini dəstəkləyən qlükozinolatlarla zəngindir.