Şəhid atası vəfat etdi

Birinci Qarabağ müharibəsinin şəhidi Eldar Rəhmanovun atası Abasağa Rəhmanov vəfat edib.

Bu barədə onun yaxınları məlumat verib.

A.Rəhmanovun hansı səbəbdən vəfat etdiyi açıqlanmayıb.

Qeyd edək ki, şəhid E.Rəhmanov 23 avqust 1971-ci ildə Neftçala rayonunun Aşağı Surra kəndində anadan olub.

1993-cü ildə könüllü olaraq Azərbaycan Milli Ordusu sıralarına qoşulub və cəbhənin ön xəttində gedən döyüşlərdə iştirak edib.

1994-cü ildə Füzuli rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olub.