Tovuz rayonunda avtomobilin körpüdən aşması nəticəsində dörd nəfər xəsarət alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Yanıqpəyə kəndində qeydə alınıb.
"VAZ 2106" markalı avtomobil körpüdən aşması nəticəsində bir nəfər ölüb, daha 4 nəfər xəsarət alıb. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.