Rusiyanın raket və PUA hücumu Ukraynada 2 nəfərin həyatına son qoydu, onlarla insan yaralandı

Ukrayna polisi noyabrın 20-də Rusiyanın ballistik raketlərinin və pilotsuz uçuş aparatlarının Ukraynanın Krivoy Roq şəhərini vurduğu və bir tibb işçisi ilə yeddi yaşlı bir uşağın həyatını itirdiyi anı əks etdirən avtomobil videoregistratoru görüntülərini yayımlayıb.

Rəsmilər təcili yardım qruplarının ilk raket zərbəsinin nəticələrini aradan qaldırmağa çalışdığı vaxt pilotsuz uçuş aparatlarının hücumlarının baş verdiyini bildiriblər. Hücumlarda aralarında altı uşağın da olduğu təxminən 60 nəfər yaralanıb.