Estoniya XİN başçısı Bakıya gələcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna noyabrın 27-də Bakıya gələcək.

Bu barədə Estoniya XİN məlumat yayıb.

XİN-in məlumatına görə, səfər çərçivəsində Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər planlaşdırılır.

Danışıqların gündəliyinə ikitərəfli münasibətlər və Estoniyanın Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesinə dəstəyi daxildir.