Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?

Ermənistanın yeni konstitusiya layihəsində Erməni Apostol Kilsəsi ilə bağlı yeniliklər yer alıb.

Layihədə kilsənin erməni xalqının mənəvi həyatında, milli mədəniyyətin inkişafında və milli kimliyin qorunmasında rolu ilə bağlı missiyası dəyişməz olaraq qalsa da, dövlətlə arasındakı münasibətlərdə dəyişikliklər təklif olunur.

Layihəyə görə, Erməni Apostol Kilsəsi və dövlət arasındakı münasibətlər “qanunla tənzimlənir”.

Mövcud konstitusiyada isə qeyd olunur ki, kilsə ilə dövlət arasındakı münasibətlər “qanunla tənzimlənə bilər”.

Göründüyü kimi, konstitusiya layihəsində kilsə ilə bağlı redaktə düzəlişləri edilib. Lakin ekspertlər burada hüquqi boşluğun məqsədyönlü şəkildə edildiyi və bu düzəlişin hakimiyyətin qarşıdurmada olduğu kilsəyə qarşı planı kimi şərh edirlər.