Rusiya Britaniya və Fransaya niyə yeni səfirlər göndərmir? - Kreml izah etdi

Moskva Böyük Britaniya və Fransa ilə münasibətlərinin olmaması səbəbindən bu ölkələrə yeni səfirlər təyin etmir.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsündən niyə iki aydan çoxdur ki, London və Parisdə Rusiya səfirlərinin olmaması soruşulub.

“Tələsiklik nəyə lazım? Bu ölkələrlə heç bir münasibət yoxdur”, - Peskov deyib.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirmişdi ki, Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin sentyabrın 1-də planlaşdırıldığı kimi Londondakı diplomatik missiyasını başa vurub.

24 sentyabr 2026-cı ildə Vladimir Putin Aleksey Meşkovu Rusiyanın Fransadakı və eyni zamanda Monakodakı səfiri vəzifəsindən azad etdi. Diplomat bu vəzifəni 2017-ci ilin oktyabr ayından bəri icra edirdi.